
✈️🇯🇵🇰🇷 Yaponiya və Cənubi Koreya vətəndaşları üçün Azərbaycana turizm məqsədli səfərlərdə viza tələbi ləğv edilib.
📅 Lider TV xəbər verir ki, Yeni qaydalar 1 iyul 2026-cı ildən 1 iyul 2027-ci ilədək qüvvədə olacaq.
🛂 Bu müddətdə Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana 3 dəfə vizasız daxil ola biləcək və hər səfərdə ölkədə 30 günədək qala biləcəklər.
🏨 Güzəşt yalnız turizm məqsədli səfərlərə şamil edilir. Digər məqsədlərlə və ya uzunmüddətli qalmaq istəyənlər müvafiq viza almalıdırlar.
📍 Azərbaycanda 15 gündən artıq qalan əcnəbilər isə qanunvericiliyə uyğun olaraq olduqları ünvan üzrə qeydiyyata alınmalıdırlar.
