
⚠️Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilən vətəndaşların bir qismi sonradan müalicə prosesinə cəlb olunur. Bu çərçivədə həmin şəxslərə TƏBİB tərəfindən konkret tarix və tibb müəssisəsi müəyyən edilir.Lakin təyin olunan vaxtda müayinəyə gəlməyənləri ciddi hüquqi məsuliyyət gözləyə bilər.Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib.
🔹Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, çağırışçı və ya hərbi vəzifəli şəxs üzrlü səbəb olmadan:tibbi müayinəyə,hərbi çağırışa,toplanışlaragəlmədiyi halda 300–500 manat cərimə edilə bilər və ya 160–240 saat ictimai işlərə cəlb oluna bilər.
🔹Qeyd olunur ki, həmin şəxs məhkəmə qərarı çıxarılana qədər könüllü şəkildə müvafiq quruma müraciət edərsə, inzibati məsuliyyətdən azad edilə bilər.
⚖️ Daha ağır məsuliyyət nə vaxt yaranır?Əgər tibbi müayinəyə gəlməmək hərbi xidmətdən yayınmaq məqsədi daşıyırsa, bu artıq cinayət məsuliyyəti yaradır.
🔴 Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə:sülh dövründə – 2 ilədək azadlıqdan məhrumetmə,müharibə vaxtı – 3 ildən 6 ilədək həbs cəzası tətbiq oluna bilər.❗ Qanunvericiliyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, çağırışa və ya səfərbərlik tədbirlərinə gəlməmək “çağırışdan boyun qaçırma” kimi qiymətləndirilir.
📌 Xatırlatma: Müalicə və müayinə üçün təyin olunan tarixə ciddi yanaşmaq hüquqi problemlərin qarşısını almaq üçün vacibdir.
