
Azərbaycanda əmək bazarına birbaşa təsir edəcək yeni dəyişiklik gündəmdədir. Artıq 6 ay çalışan işçilərin məzuniyyət hüququ qanunla məcburi hala gətirilir.Milli Məclisin plenar iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, işçi altı ay fasiləsiz çalışdıqdan sonra birinci iş ili tamamlanmadan da əmək məzuniyyətindən yararlana biləcək. Ən vacib məqam isə budur ki, bu hüquq işçinin müraciəti əsasında və qanuni təminatla veriləcək.
🔹İkinci və sonrakı illərdə isə məzuniyyət tarixləri əvvəlki qaydada – işçi və işəgötürən arasında qarşılıqlı razılaşma ilə müəyyən ediləcək.
🔹Məzuniyyətdən geriçağırılma artıq yalnız işçinin öz istəyi ilə deyil, işəgötürənin razılığı ilə mümkün olacaq.Bu dəyişikliklər minlərlə işçinin istirahət hüququnu qorumağı, iş mühitində ədalətli balans yaratmağı hədəfləyir.
📌 Qeyd edək ki, qanun layihəsi artıq birinci oxunuşda qəbul olunub və yaxın vaxtlarda yekun qərarın verilməsi gözlənilir.
👉 Bu dəyişiklik işçilər üçün nə deməkdir?👉 İşəgötürənlər buna necə reaksiya verəcək?
👉 Ətraflı – bizi izləməyə davam edin!
