
Qırğızıstanda yüksək rütbəli polis məmuru barəsində cinayət işi açıldıQırğızıstan Respublikasında hüquq-mühafizə orqanlarını sarsıdan hadisə qeydə alınıb.
Dəyərli TV Qırğızıstan mediasına istinadla bildirir ki Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edən polis polkovniki A.T.A. vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Rəsmi məlumata əsasən, o, uzun müddət ərzində tabeliyində çalışan əməkdaşlardan mütəmadi şəkildə qanunsuz maliyyə vəsaiti tələb etməkdə şübhəli bilinir. İlkin araşdırmalar bu əməllərin 2024-cü ildən etibarən sistemli xarakter daşıdığını göstərir.Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi faktla bağlı genişmiqyaslı istintaqa start verib. Hazırda Daxili İşlər Nazirliyi strukturunda bu qanunsuz fəaliyyətdə iştirakı ola biləcək digər vəzifəli şəxslərin də müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Hadisə ilə bağlı araşdırmalar davam edir, istintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
