
Əmək münasibətlərində oyun qaydaları dəyişir. Artıq işçinin əmək qabiliyyətini itirməsi avtomatik olaraq əmək müqaviləsinin ləğvi demək olmayacaq.Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, işəgötürən əlilliyi müəyyən edilmiş işçini işdən azad etməzdən əvvəl onun üçün alternativ imkanların olub-olmadığını sübut etməlidir.Belə ki:İş yerinin uyğunlaşdırılmasıDaha yüngül işə keçirilməFərdi reabilitasiya proqramının tətbiqimümkün olduğu halda, əmək müqaviləsinə xitam verilə bilməz.Yalnız bu imkanların real və əsaslandırılmış şəkildə mümkün olmadığı sübuta yetirilərsə, işçi ilə əmək münasibətlərinə son qoyula biləcək.Bu dəyişikliklər işçilərin hüquqlarının qorunmasını gücləndirməklə yanaşı, işəgötürənlər üçün də yeni hüquqi məsuliyyət dövrünün başladığını göstərir.Qanun layihəsi artıq birinci oxunuşda qəbul edilib və yaxın zamanda əmək bazarında ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.
