
Bakının Ramana qəsəbəsində son günlər alıcılar piştaxtaya yaxınlaşanda tərəzidən çox qiymətə baxmağa məcbur qalır. Dünənə qədər adi görünən ət qiymətləri bu gün artıq “bayram əhval-ruhiyyəsinə” uyğunlaşmağa başlayıb.
Dəyərli TV xəbər verir ki, Yeni Ramanada yerləşən “Şuşa” şəhərciyində dana, quzu və qoç əti əvvəlki günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə bahalaşıb. Qəssab piştaxtalarında rəqəmlər dəyişsə də, səbəblər təkcə rəqəmlərdən ibarət deyil.Qəssabların sözlərinə görə, dabaq xəstəliyi ilə bağlı yaranmış narahatlığın aradan qalxması dana ətinə marağı artırıb. Alıcı tərəddüdü bitən kimi, tələb yüksəlib, tələb yüksələn yerdə isə qiymət yerində qalmayıb.Digər tərəfdən, Yeni ilin yaxınlaşması bazarlara da təsirsiz ötüşməyib. Kənddən gələn məhsul bayram ərəfəsində daha “qiymətli” olur. Satıcılar isə bu dalğanın içində qiyməti saxlamağın mümkünsüz olduğunu deyirlər.Ramana bazarında bu bahalaşma hələlik səssiz baş versə də, alıcılar üçün artıq hiss olunan reallığa çevrilib:Bayram süfrəsi yaxınlaşdıqca, ətin qiyməti də bayram libasına bürünür.
