
Mədəniyyət Nazirliyi Bayraq Günündə Azərbaycan bayrağına qarşı hörmətsizlik edib.
Dəyərli TV “Yeni Sabah” a istinadla xəbər verir ki, qurum sosial şəbəkə hesabında əlamətdar günlə bağlı post paylaşıb. Paylaşımda Azərbaycan bayrağı əksini tapıb. Amma təhrif olunmuş formada. Mədəniyyət Nazirliyi bayraqdakı ulduzun 8 guşəsindən birini ixtisar edib. Paylaşımda 7 güşə əks olunub.Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür.
